-
- 22-03-2024, 21:54
- 365
ABŞ aktivlərinə sərmayə qoyuluşu yenidən artıb
Yaponiya Mərkəzi Bankının faiz dərəcəsini artırmasından sonra, ABŞ-də mərkəzi bank funksiyasını yerinə yetirən FED-in faizləri sabit tutması dollarda bahalaşmanın ikinci həftəyə keçməsinə səbəb olub.
News24.az xəbər verir ki, FED-in qərarından sonra investorlar faizlərin daha bir neçə ay sabit qalacağını düşünərək ona uyğun sərmayə qoymağa başlayıblar.
Mövcud vəziyyətdə ABŞ aktivlərinə sərmayə qoyuluşu yenidən artıb ki, bu da dolları möhkəmləndirib. ABŞ dollarının qlobal dəyərini əks etdirən Dollar İndeksi bu gün 104 səviyyəsinə yüksəlib. İki həftə əvvəl indeks 102,3 səviyyəsində idi. Qısa müddətdə dolların dəyərində 1,7 faiz artım baş verib.
Dolların bahalaşmasına ABŞ-nin cari əməliyyatlar kəsirinin kiçilməsi də kömək edir. Son rübdə cari əməliyyatlar kəsirinin ÜDM-yə nisbəti 2,8 faizə düşüb. Axırıncı rübdə cari əməliyyatlarda kəsirin məbləği 194,8 milyard dollar olub ki, bu da 2021-ci ilin birinci rübündən sonra qeydə alınan ən kiçik məbləğdir.