“Kədərlənirəm və dua edirəm ki...”
    • 23-03-2024, 09:30
    • 192

“Kədərlənirəm və dua edirəm ki...”


Azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) Moskvadakı terror hadisəsindən yazıb.

News24.az OLAY-a istinadla yazır ki, ifaçı kədərləndiyini dilə gətirib:

“Baş sağlığı diləyirəm. Kədərlənirəm və Uca Yaradana dua edirəm ki, ölənlərin ruhları şad olsun, onları öz cənnətinə qəbul etsin”.

Qeyd edək ki, “Crocus City Hall”a naməlum şəxslər tərəfindən silahlı hücum olunub. Dinc sakinlər qətlə yetirilib.