Şimali Koreya liderindən Putinə başsağlığı mesajı
    • 24-03-2024, 13:50
    • 142

Şimali Koreya liderindən Putinə başsağlığı mesajı

Şimali Koreya lideri Kim Çen In Moskvada konsert zalında törədilən terror aktına görə Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

News24.az xəbər verir ki, hücumda həyatını itirənlərin ailələrinə? Rusiya xalqı adından Putinə başsağlığı verən Kim Şimali Koreyanın hər cür terror aktına qarşı qətiyyətli mövqe tutduğunu və heç bir şeyin “mənfur” terror aktlarına haqq qazandıra bilməyəcəyini bildirib.

"Xalqımız dost rus xalqının yaşadığı bədbəxtliyi və kədəri öz dərdi kimi qəbul edir", - deyərək, Şimali Koreya lideri əlavə edib ki, Rusiya xalqının terror aktının yaralarını ən qısa zamanda sağaldacağına ümid edir.

Günel Məlikzadə