Tramp: "500 milyon dollar nağd pulum var"
    • 24-03-2024, 21:12
    • 290

Tramp: "500 milyon dollar nağd pulum var"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp daşınmaz əmlak sənayesində dələduzluq etdiyinə görə 454 milyon dollarlıq cəriməni ödəməlidir. Onun bu cəriməni ödəyə biləcəyi barədə suallara vəkilləri “yox” deyə cavab verib.

News24.az APA-ya istinadən xəbər verir ki, Tramp sosial media hesabında bu barədə fərqli paylaşım edib.

O, “bu qədər pulu yoxdur” deyən vəkillərini təkzib edib və 500 milyon dollar nağd pulu olduğunu açıqlayıb.

"Zəhmət, istedad və şans sayəsində indi demək olar ki, 500 milyon dollar pulum var" deyən Tramp bu pulu prezident seçkiləri kampaniyasında istifadə etmək niyyətində olduğunu bildirib.

Tramp iddia edib ki, Nyu-York baş prokuroru və işə sədrlik edən hakim bu pulu ondan saxtakarlıq və korrupsiya yolu ilə almaq istəyir.