-
- 22-02-2024, 08:00
- 291
Tramp tezliklə müflis olduğunu elan edə bilər
ABŞ-ın keçmiş prezidenti Donald Tramp tezliklə müflis olduğunu elan edə bilər.
News24.az axar.az-a istinadən bildirir ki, bu barədə "Nyusvik" nəşri amerikalı hüquqşünas və Trampın keçmiş müşaviri Corc Konveyin ərinə istinadən məlumat verib.
Konvey X hesbında yazıb ki, keçmiş prezidentin müflis olduğunu elan etmək şansları olduqca yüksəkdir. Belə ki, eks-prezident üst-üstə 500 milyon dollardan çox təzminat ödəməyi təxirə salmaq üçün bunu edə bilər.
Qeyd edək ki, fevralın 16-da ABŞ məhkəməsi keçmiş prezidentə dələduzluq işi üzrə 355 milyon dollardan çox təzminat ödəməyi tələb edib. Eyni işdə onun oğlanları Donald və Erikin hər birindən dörd milyon dollar təzminat tələbi olub.