-
- 25-03-2024, 08:11
- 251
Mask seçkilərdə kimə səs verəcəyini açıqladı
Amerikalı sahibkar və milyarder İlon Mask qarşıdakı prezident seçkilərində respublikaçıların namizədini dəstəkləyəcəyini açıqlayıb.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə biznesmen sahibi olduğu “X” sosial şəbəkəsində yazıb.
“Hələ bir neçə il öncə 100 faiz demokratlara səs verirdim. İndi isə, məncə, qırmızı dalğaya (respublikaçılar nəzərdə tutulur – red.) ehtiyacımız var, yoxsa Amerika batacaq”, – Mask qeyd edib.
Xatırladaq ki, ABŞ-də 60-cı prezident seçkiləri cari ilin noyabrın 5-də keçiriləcək. Partiyaların namizədləri hələ rəsmən müəyyən edilməsə də, hazırkı prezident Cozef Baydenlə keçmiş dövlət başçısı Donald Trampın üz-üzə gələcəyi ehtimal olunur.