Terror zamanı məşhur aktyor da orada olub
    • 25-03-2024, 09:43
    • 260

Terror zamanı məşhur aktyor da orada olub


Martın 22-si "Crocus City Hall"da baş verən terror aktı zamanı rusiyalı məşhur aktyor Sergey Svetlakov da orada olub.

News24.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə özü məlumat yayıb.

O, "Piknik" qrupunun konsertini izləmək üçün sözügedən məkanda olduğunu bildirib.

Aktyor hadisədən sonra "Biz sağıq... Hər kəsə başsağlığı diləyirəm... Dəhşət idi" sözlərini yazıb.

Qeyd edək ki, martın 22-də törədilən terror aktı nəticəsində 133 nəfər həlak olub, 107 nəfər xəsarət alıb.