-
- 25-03-2024, 10:40
- 174
Fransada terror xəbərdarlığı ən yüksək səviyyədədir
Moskvada baş verən terror aktı ilə əlaqədar Fransada terror xəbərdarlığı səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.
Fransanın baş naziri Qabriel Attal, prezident Emmanuel Makronun "X" sosial media hesabında Moskvadakı hadisələrlə bağlı paylaşım edib.
Paylaşımda, “İŞİD-in Moskvadakı terror aktını üzərlərinə götürdüyü iddiasını və ölkəmizə qarşı təhdidləri nəzərə alaraq, milli təhlükəsizlik xəbərdarlığı sistemini ən yüksək səviyyəyə qaldırmaq qərarına gəldik” qeyd edilib.
Günel Məlikzadə