Terrorçuların lideri ağacda gizlənməyə çalışıb - ŞOK VİDEO
    • 25-03-2024, 13:51
    • 226

Terrorçuların lideri ağacda gizlənməyə çalışıb - ŞOK VİDEO

“Crocus City Hall”da terror aktını həyata keçirən terror qruplaşmasının lideri təhlükəsizlik qüvvələrindən qaçarkən gizlənmək ümidi ilə ağaca çıxıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, müvafiq videonu rusiyalı jurnalist Semyon Peqov yayıb.

“Terrorçunun [Dalerjon Mirzoyev] saxlanmasının görüntüləri yayılıb. O, ağaca çıxıb orada gizlənmək istəyib”, - Peqov yazıb.

“Crocus City Hall”da terror aktı martın 22-də baş verib. Dörd terrorçu pulemyotlarla konsert zalının binasına basqın ediblər. Onlar insanları kütləvi şəkildə güllələyib, həmçinin binaları yandırıblar.