-
- 25-03-2024, 15:40
- 356
Ermənistan MN-dən işğaldakı kəndlərimizlə bağlı açıqlama
Hər hansı problem olarsa, bu barədə məlumat verəcəyik. Tavuş kəndləri (Azərbaycanın Qazax rayonunun işğalda olan kəndləri nəzərdə tutulur - red.) ilə bağlı hər şey açıq və şəffaf şəkildə müzakirə olunur.
News24.az axar.az-a istinadən bildirir ki, bunu Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan parlamentdə jurnalistlərlə söhbətində deyib.
Qeyd edək ki, Azərbaycan Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılmasını tələb edir.