Rusiya Qərbin köməyini RƏDD ETDİ
    • 26-03-2024, 15:22
    • 127

Rusiya Qərbin köməyini RƏDD ETDİ

“Crocus City Hall” konsert zalında baş verən terror aktının araşdırılmasında Rusiyanın Qərbin köməyinə ehtiyacı olmayacaq.

News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, araşdırma çərçivəsində Qərb terror aktının arxasında İŞİD-in dayanması və Ukraynanın bununla heç bir əlaqəsi olmadığı nəzəriyyəsini irəli sürəcək: “Əminəm ki, biz bu təhqiqatın öhdəsindən gələcəyik, lakin yardım alacağımız təqdirdə açıq şəkildə ikili standartların təzahürü olacaq və çox güman ki, Qərb üçün əlverişli olan nəzəriyyəni təbliğ etməyə çalışacaq".