Qanunsuz narkotik satan 4 nəfər saxlanılıb
    • 27-03-2024, 08:28
    • 132

Qanunsuz narkotik satan 4 nəfər saxlanılıb


Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Ə.Alışov, C.Əhmədov, Ə.Heybətov və R.Dadaşova saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.