Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
    • 27-03-2024, 12:08
    • 423

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

10, 11 aprel Azərbaycanda Ramazan bayramıdır.

News24.az xəbər verir ki, aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib.

Bu da o deməkdir ki, ardıcıl 5 gün (aprelin 10,11,12,13 və 14-ü) iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.