Sürücülərə xəbərdarlıq edildi
    • 27-03-2024, 13:45
    • 235

Sürücülərə xəbərdarlıq edildi

Avtomobil yollarında sabaha gözlənilən vəziyyət açıqlanıb.

News24.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, martın 28-də əsasən gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.