Yollar buz bağlayacaq - Xəbərdarlıq
    • 3-03-2024, 15:59
    • 600

Yollar buz bağlayacaq - Xəbərdarlıq


Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Martın 4-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən xəbərə görə, gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.