-
- 27-03-2024, 14:00
- 161
Ərdoğan bu tarixdə ABŞ-a gedir
Prezident Rəcəb Tayyib Ərdoğan mayın 9-da Amerika Birləşmiş Ştatlarına (ABŞ) gedir.
News24.az xəbər verir ki, sözügedən səfər Ərdoğanın Co Baydenin prezidentliyi dövründə ABŞ-a ilk rəsmi səfəridir.
İki lider ilk dəfə Oval Ofisdə görüşəcək.
Ərdoğan və Bayden sonuncu dəfə 2023-cü ilin iyulunda Vilnüsdə NATO Sammitində görüşmüşdülər.
Mayın 9-da Vaşinqtonda keçiriləcək görüşün gündəmində ikitərəfli əlaqələr, regional inkişaflar və ticarətin olacağı gözlənilir.
Ərdoğan-Bayden görüşünün gündəmində Türkiyənin F-16 tədarükü prosesi olacaq. F-16 satınalma prosesi cədvəli ilə yanaşı, F-35 layihəsi çərçivəsində Türkiyənin ödədiyi 1,4 milyard dolların kompensasiyası da müzakirə olunacaq.
Həmçinin, Türkiyənin İraq və Suriyanın şimalında terrorla mübarizəsi ikilinin gündəmində olacaq.
Günel Məlikzadə