Ağalarovlara “Krokus”la bağlı müraciət ediləcək
    • 27-03-2024, 15:45
    • 221

Ağalarovlara “Krokus”la bağlı müraciət ediləcək

Martın 22-də terror hücumu nəticəsində yanan “Krokus Siti Holl” 2023-cü ildə “Qazprom” şirkətinə ipotekaya verilib. 

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “RBC” məlumat yayıb.

Müqavilənin müddətinin 2032-ci il 24 dekabra kimi keçərli olduğu bildirilir.

“Glincom” şirkətinin icraçı direktoru İvan Tatarinov isə bildirib ki, terror aktı nəticəsində yandırılan “Krokus”un ipoteka dəyəri mənfiyə düşüb. Obyektdə sökülmə işləri aparıldığı, ciddi dağıntıların olması səbəbi ilə onun sadəcə ərazi dəyəri qalıb. Bu səbəbdən bankın obyektin başqa bir girovla əvəzlənməsi üçün Ağalarovlara müraciət edəcəyi deyilir.