Hərəkət məhdudlaşdırılır! - DİQQƏT - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
    • 26-04-2019, 11:41
    • 735

Hərəkət məhdudlaşdırılır! - DİQQƏT - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Bu barədə News24.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən məlumat verilib.

Avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.
Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik