Bu “X” istifadəçiləri üçün “Premium” pulsuz olacaq
    • 28-03-2024, 08:24
    • 80

Bu “X” istifadəçiləri üçün “Premium” pulsuz olacaq


İlon Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək.

News24.az xəbər verir ki, təsdiqlənmiş izləyici sayı 5 mindən çox olan “X” istifadəçiləri pulsuz “Premium+” abunəsinə sahib olacaqlar, 2,5 mindən və daha çox təsdiqlənmiş izləyicisi olanlar isə “Premium” funksiyalarından yararlana biləcəklər.

Bu barədə sosial şəbəkənin sahibi İlon Mask öz məlumat verib.

Qeyd edək ki, hazırda “X” sosial şəbəkəsində olan üç növ abunəlik üçün qiymətlər 3 dollardan 16 dollaradək dəyişir.