Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı - VİDEO
    • 28-03-2024, 13:28
    • 199

Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı - VİDEO

Ermənistanda “Armenian Report”un jurnalisti Ani Xaçatryan polis tərəfindən saxlanılıb. 

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə media qurumu məlumat yayıb. 

Qeyd olunub ki, jurnalist Doxadan olan digər 2 müxbirlə birgə Azərbaycana qaytarılmalı olan Tavuş vilayətinin Əskipara kəndinə gedərkən tutulublar. 

Onlar polis bölməsində 6 saatlıq dindirilmədən sonra sərbəst buraxılıb. Lakin Əskiparaya keçmələrinə icazə verilməyib. 

Qeyd edək ki, bundan bir neçə gün öncə "Döyüş Qardaşlığı" birliyinin 50-yə yaxın üzvü Əskiparaya gedərkən saxlanılıblar. Onlardan bəziləri qanunsuz silah gəzdirdiklərinə görə həbs edilib.