İsrail giriş və çıxışlara bağladı
    • 28-03-2024, 16:28
    • 126

İsrail giriş və çıxışlara bağladı

Səhər saatlarında 3 yəhudi köçkünün yaralandığı hadisənin ardından İsrail ordusu İordan çayının qərb sahilindəki Yerixo şəhərinin giriş-çıxışlarını bağlayaraq axtarış əməliyyatına başlayıb.

News24.az xəbər verir ki, İsrail ordusu İordaniya vadisində avtomobillərin hərəkətini qadağan edərək öz əsgərlərini yerləşdirib.

Yerixonu giriş-çıxışa bağlayan İsrail əsgərlərinin səhər saatlarında bölgədə baş verən hadisədən sonra əməliyyat keçirdikləri öyrənilib.

Hadisə ilə bağlı İsrail ordusundan verilən açıqlamada Erixonun Əl-Avce kəndi yaxınlığındakı ərazidə silahlı bir fələstinlinin maşınlara atəş açdığı iddia edilib.

İsrailin fövqəladə yardım xidməti Davudun Qırmızı Ulduzu, səhər saatlarında İordan çayının qərb sahilinin İordan Vadisi bölgəsində baş verən silahlı hücumda biri orta, ikisi yüngül olmaqla 3 yəhudi köçkünün yaralandığını açıqlayıb.

Günel Məlikzadə