-
- 28-03-2024, 20:11
- 192
“Çocuklar Duymasın”ın aktrisası şiddətə məruz qaldı
Bir zamanların reytinqli serialı “Çocuklar Duymasın”ın aktrisası Hayal Qarip fiziki zorakılığa məruz qalıb.
News24.az OLAY-a istinadla yazır ki, Duyğu obrazının gənclik halına həyat verən sənətçi sevgilisindən şiddət gördüyünü və məhkəməyə verdiyini açıqlayıb:
“Şiddət özünü tez göstərmir, öncə şəfqət, sevgi, güvən verir, sonra başlayır. Gedə, qala bilmirsən”.