Bu şəxs nazirlik binasına atəş açdı
    • 28-03-2024, 18:32
    • 204

Bu şəxs nazirlik binasına atəş açdı

Tayvanın Rəqəmsal İnkişaf Nazirliyinin təhlükəsizlik işçiləri səhər saatlarında  foyedə bir neçə atəş açan silahlı şəxsi saxlayıblar.

News24.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytı məlumat yayıb.

İlkin məlumatlara görə, təxminən saat 10:00-da (yerli vaxtla təxminən 06:00) naməlum şəxs binaya daxil olub və hökumət əleyhinə şüarlar səsləndirərək zalda atəş açmağa başlayıb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Mühafizəçilər həmin şəxsi ikinci mərtəbəyə qalxmaq istəyərkən saxlayıb. Nazirlik zalında baş verən atışma nəticəsində giriş qapısının divarları və şüşələri zədələnib. Şübhəli şəxs polisə təhvil verilərək istintaqa göndərilib. Hücum edənin motivləri araşdırılır.

Təhlükəsizlik məqsədilə nazirliyin binası hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Mehriban Mirzəzadə