Müəmmalı ölümlər: Yeni pandemiya?
    • 29-03-2024, 15:54
    • 305

Müəmmalı ölümlər: Yeni pandemiya?

Koronavirus Elmi Komitəsinin üzvü Prof. Dr. Tofiq Özlü, simptomları boğaz ağrısı, tonzillit, pnevmoniya, menenjitin ortaya çıxdığı Yaponiyada sürətlə yayılan təhlükəli bakterial infeksiya epidemiyası ilə bağlı xəbərdarlıq etdi.

News24.az xəbər verir ki, Prof. Dr. Özlü epidemiyaya səbəb olan bakteriyaların boğaz infeksiyalarına səbəb olduğunu və xəstəliyin qalıcı zərər verə biləcəyini  ifadə edib.

"Yaponiyada son zamanlar A qrupu streptokoklarla meydana gələn epidemiyadan danışılır. Əslində A qrupu streptokoklar hər yerdə var. Ara-sıra boğaz infeksiyasına səbəb olurlar". 

Sözügedən epidemiyanın müalicəsinin antibiotiklərlə mümkün olduğunu bildirən Prof. Dr. Özlü, "Bunu hələ dəqiq bilmirik, amma bu pandemiyaya səbəb olacaq bir təhlükə deyil. Çünki o, virus deyil. Bakteriyadır, müalicəsi var".

Günel Məlikzadə