İranlı general bəzi İslam ölkələrini hədələdi
    • 29-03-2024, 19:21
    • 156

İranlı general bəzi İslam ölkələrini hədələdi

"İsrailin Fələstinə təcavüzündə bəzi İslam ölkələrinin ayaq izlərinin şahidi oluruq".

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu İran ordusunun təmsilçisi Məhəmməd Əkrəminiya deyib.

O əlavə edib: "İslam ölkələri bilməlidirlər ki, İsrail güc qazanarsa, öz məqsədlərinə çatmaq üçün heç bir ölkəyə rəhm etməyəcək və İslam ölkələrinin başçıları bunu anlamır".

Briqada generalı Məhəmməd Əkrəminiya vurğulayıb: "Müqavimət yolu Fələstini xilas etməyin yeganə yoludur və bu yolu Fələstin xalqı seçib".