-
- 29-03-2024, 20:15
- 248
Rusiyadan Şimali Koreyaya dəstək
Rusiya Şimali Koreyanın nüvə silahı və ballistik raket proqramlarına görə BMT-nin uzun müddətdir tətbiq etdiyi sanksiyaların icrasına nəzarət edən ekspertlər qrupunun illik yenilənməsinə veto qoyub.
News24.az xəbər verir ki, Rusiyanın məsələ ilə bağlı verdiyi açıqlamada, Moskvanın Şimali Koreyaya qarşı sanksiyalara nəzarət edən panelin yenilənməsinə veto qoymasından sonra BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı köhnə sanksiya şablonlarından istifadə edə bilməyəcəyi bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib: “Bizə çox aydındır ki, BMT Təhlükəsizlik Şurası Koreya yarımadasının problemləri ilə bağlı artıq köhnə şablonlardan istifadə edə bilməz”.
Kreml açıqlamasında bu vəziyyətin Rusiyanın maraqlarına daha uyğun olduğunu bildirib.
Kremlin sözçüsü Dmitri Peskov isə açıqlamasında BMT Təhlükəsizlik Şurasında qərara veto qoymağın Rusiyanın maraqlarına uyğun olduğunu bildirib.
Günel Məlikzadə