"Dünya yeni müharibə dövrünə qədəm qoyur"
    • 29-03-2024, 21:20
    • 637

"Dünya yeni müharibə dövrünə qədəm qoyur"

Polşanın Baş naziri Donald Tusk önümüzdəki iki ilin hər şeyi müəyyən edəcəyini vurğulayaraq, "Heç kəsi qorxutmaq istəmirəm, amma müharibə artıq keçmişdə deyil. Bu realdır və əslində iki il əvvəl başlamışdır. Hazırda ən narahatedici şey sözün əsl mənasında hər hansı bir ssenarinin mümkün olmasıdır” dedi.

News24.az xəbər verir ki, Tusk müharibə dövrünə qədəm qoyduğumuzu və bunun xüsusilə gənc nəsil üçün dağıdıcı səslənəcəyini, lakin yeni dövrün gəlişinə zehni olaraq hazırlaşmalı olduğumuzu vurğulayıb.

Ukraynadakı vəziyyətin bir il əvvələ nisbətən çox çətin, eyni zamanda müharibənin əvvəlindən qat-qat yaxşı olduğunu ifadə edən Tusk, “Bizim əsas vəzifəmiz Ukraynanı Rusiya işğalından qorumaq və Ukraynanı bir il əvvəl olduğu kimi müstəqil saxlamaq olmalıdır" dedi.

Günel Məlikzadə