Moldovanın səfiri Rusiya XİN-ə çağırıldı
    • 29-03-2024, 18:39
    • 104

Moldovanın səfiri Rusiya XİN-ə çağırıldı

Rusiya Xarici İşlər Nazirliyi Moldova səfiri Lilian Dariusu çağıraraq rusiyalı diplomatın martın 19-da Kişinyovdan qovulması ilə bağlı etiraz edib.

News24.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin etirazı Rusiya nümayəndə heyətinin mayın 14-17-də Kişinyovda keçiriləcək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 34-cü regional sessiyasına buraxılmasının rədd edilməsi ilə bağlı olub.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Moldovadakı səfiri Mark Şevçenkonu istefaya göndərib. Müvafiq fərman Ukrayna liderinin saytında yerləşdirilib.

Fərmanda diplomatın istefa verməsinin səbəbləri göstərilməyib.

Şevçenkonun yerinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksey Danilov təyin edilib.

Martın 23-də Moldova Prezidenti Maia Sandu bildirib ki, Kişinyov Moskva vilayətində törədilən terror aktını qəti şəkildə pisləyir.

Mehriban Mirzəzadə