Rusiya səfirliyinin əməkdaşını Moldovadan çıxarır
    • 19-03-2024, 16:40
    • 146

Rusiya səfirliyinin əməkdaşını Moldovadan çıxarır

Moldova tanınmamış Dnestryanı ərazisində Rusiyada prezident seçkilərinin keçirilməsi ilə əlaqədar Rusiya səfirliyinin əməkdaşlarından birini ölkədən çıxaracaq. 

News24.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

“Bu kontekstdə Rusiya Federasiyasının səfirinə rəsmi məlumat verilib ki, səfirlik əməkdaşlarından biri Moldova Respublikası ərazisində persona non-qrata elan edilib və ölkəni tərk etməlidir”, - məlumatda deyilir.

Qeyd olunur ki, çərşənbə axşamı Rusiya səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılıb.

“Diplomata Moldova hakimiyyətinin mövqeyinə zidd olaraq, Moldova Respublikasının Dnestryanı regionunda Rusiya Federasiyasının prezidenti seçkilərinin təşkili ilə əlaqədar etiraz edilib”, - XİN-dən bildiriblər.

Mehriban Mirzəzadə