-
- 29-03-2024, 19:00
- 280
Terror aktları planlaşdıran 15 nəfər həbs edildi
Tacikistanın xüsusi xidmət orqanları Novruz bayramında (21-23 mart) terror aktları planlaşdıran 15 nəfəri həbs edib.
News24.az xəbər verir ki, bu barədə respublikanın xüsusi xidmət orqanlarındakı mənbə məlumat yayıb.
Məlumata görə, hazırda müstəntiqlər saxlanılanların Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında terror aktını törədən şəxslərlə əlaqəsi olub-olmamasını yoxlayır.
Martın 29-da məlum olub ki, Düşənbə ətrafının 9 sakini “ Crocus” terror aktını törədənlərlə əlaqə saxladıqları üçün saxlanılıb .
Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı Krasnoqorskda Crocus City Hall konsert zalında terror aktı baş verib. Terror aktı zamanı cinayətkarlar binanı benzinlə yandırıblar, nəticədə konsert zalı tamamilə yanıb. Martın 23-də səhər saatlarında Bryansk vilayətində terror aktında şübhəli bilinən 4 nəfər saxlanılıb. Ertəsi gün onlar tutularaq mayın 22-dək istintaq təcridxanasına göndərilib. Daha sonra təhlükəsizlik qüvvələri terrorçulara yardım etməkdə şübhəli bilinən daha bir neçə nəfəri saxlayıb. Onlardan 3-ü məhbusların planlarından xəbərsiz olduqlarını bildirib və onların həbsindən apellyasiya şikayəti verib.
Mehriban Mirzəzadə