Salyanda mikroavtobuslar toqquşub, 10 nəfər xəsarət alıb
    • 29-03-2024, 20:45
    • 161

Salyanda mikroavtobuslar toqquşub, 10 nəfər xəsarət alıb


Ələt-Astara avtomobil yolunda mikroavtobuslar toqquşub.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun 56-cı kilometrliyində Salyan rayonu ərazisində baş verib.

Nəticədə 10 nəfər xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Mikroavtobuslardan birində şirkətlərdən birinə məxsus işçilər olub.

Faktla bağlı araşdırma aparılır.