Nəbziniz sağlamlığınız haqqında nəyi ifadə edir?
    • 30-03-2024, 11:16
    • 370

Nəbziniz sağlamlığınız haqqında nəyi ifadə edir?

Aşağı nəbz sağlam olduğumuz anlamına gəlmir. Böyük Britaniyanın “Guardian” qəzeti ürək döyüntülərinin sağlamlıq üçün nəyi ifadə etdiyi barədə məqalə dərc edib.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə Dr.David Culpepper tələb olunan nəbzin sürətinin insanın sağlamlıq vəziyyəti və yaşı kimi faktorlara görə dəyişə biləcəyini diqqətə çatdırıb. O bildirib ki, idmançıların nəbzi 60-dan aşağı, körpələr və kiçik uşaqların nəbzi çox zaman 100-dən yuxarı olur. Ümumiyyətlə, yaşlandıqca bu rəqəm azalır: “Nəbziniz 60-dan aşağıdırsa, özünüzü bir idmançı kimi sağlam hesab edə bilərsiniz, lakin bunun bəzi istisnaları var. Aşağı nəbz ürəyin müəyyən problemlərini, qeyri-aktiv tiroid bezini və ya digər tibbi problemləri göstərə bilər. Bundan əlavə, xüsusilə yüksək təzyiq və ürək problemləri üçün istifadə edilən bəzi dərmanlar da nəbzin azalmasına səbəb ola bilər”.

Londondakı Mayo Klinikasında fəaliyyət göstərən kardioloq Elijah Behr həyat tərzinin ürək döyüntüsünə təsirinə diqqət çəkib: “Kofein adrenalinin ürəyə təsirini artırır. Yəni, yüksək miqdarda çay, qəhvə və ya enerji içkiləri istehlak etmək müvəqqəti olaraq nəbzinizi artıra bilər. Siqaretdəki nikotinin də oxşar təsiri var, bu, uzun müddət ürək və qan dövranı problemlərinə səbəb olur. Stres, narahatlıq və həyəcan kimi duyğular da ürək döyüntülərini sürətləndirir. Heç bir səbəb olmadan meydana gələn ürək döyüntüsündəki artımlara diqqət yetirilməsi vacibdir. Nəbz heç bir səbəb olmadan artarsa, bunun səbəbi bilinməyən bir ürək problemi ola bilər və mütləq müayinə olunmalıdır. Nəbz artıb huşunu itirmə və başgicəllənməyə səbəb olarsa, vəziyyət daha da ciddidir”.

Mütəxəssislər, həmçinin idman etdikdən və ya həyəcanlandıqdan sonra nəbzin nə qədər müddətdə normala dönməsinin vacib olduğunu qeyd ediblər.