Ermənistandan 4 kəndlə bağlı yeni AÇIQLAMA
    • 30-03-2024, 12:07
    • 257

Ermənistandan 4 kəndlə bağlı yeni AÇIQLAMA

Delimitasiya və demarkasiya ilə bağlı məsələlər hələ də müzakirə mərhələsindədir.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın ofisi məlumat yayıb.

Tavuşda işğal altında saxlanılan Qazaxın 7 kəndindən anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması məsələsinin hansı sənədlər üzərində müzakirə edildiyi açıqlanmayıb.

Həmçinin komissiyaların növbəti iclasının vaxtı haqqında da məlumat verilməyib.