Babayan Nikolu devirmək üçün hərəkətə keçir - Şok ssenari
    • 30-03-2024, 19:48
    • 225

Babayan Nikolu devirmək üçün hərəkətə keçir - Şok ssenari

Keçmiş separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Babayan Ermənistan müxalifətində yer almaq niyyətindədir.

News24.az Publika.az-a istinadən xəbər xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb

"Bəzi məlumatlara görə, Babayan müxalifət meydanında yer almaq və qarşıdan gələn milli seçkilərdə müxalifətçi kimi çıxış etmək niyyətindədir. O, keçmiş deputat Arman Babacanyanla yaxın təmasdadır və onun təsis etdiyi “Respublika Uğrunda” partiyası ilə ittifaqda seçkilərə qatılacağı istisna edilmir. Deyilənə görə, Babayan Nikol Paşinyandan incikdir. Babayan hesab edir ki, ona layiq olduğu kimi qiymət verilməyib", - nəşr qeyd edib.