Peru prezidentinin evinə korrupsiya basqını..
    • 30-03-2024, 21:15
    • 109

Peru prezidentinin evinə korrupsiya basqını..

Cənubi Amerika ölkəsi Perunun prezidenti Dina Boluartenin evinə polis basqın edib.

News24.az xəbər verir ki, Peru hakimiyyət orqanları basqının davam edən korrupsiya araşdırması çərçivəsində həyata keçirildiyini bildirib.

Polisin verdiyi açıqlamaya görə, Boulartenin aktiv olaraq bəyan etmədiyi Rolex saatlarının axtarıldığı basqına təxminən 40 məmur qatılıb.

Qeyd edək ki, Boluarte solçu keçmiş prezident Pedro Kastilyonun həbsindən sonra vəzifəsinin icrasına başlayıb.

Boluarte rəhbərliyini qəbul etməyən Peru xalqı həftələrlə küçə etirazları təşkil edib.

Kastilonun azadlığını tələb edən etirazçılara polisin sərt müdaxiləsi nəticəsində çoxlu insan həyatını itirib.

Günel Məlikzadə