Jurnalist bıçaqlandı..
    • 30-03-2024, 21:25
    • 97

Jurnalist bıçaqlandı..

Wimbledonda yaşayan İran Beynəlxalq kanalında proqram təqdim edən jurnalist Pouria Zeraati  evinin qarşısında 30 yaşlarında bir şəxs tərəfindən bıçaqlanıb.

News24.az xəbər verir ki, Zeraatinin həyatının təhlükədə olmadığını açıqlayan London polisi hücumun səbəbi dəqiq olmasa da, Zeraatinin çalışdığı İran İnternational-ın müxtəlif təhdidlərə məruz qalan bir televiziya kanalı olduğunu bildirib.

London Metropoliten Polisinin Terrorla Mübarizə Şöbəsinin rəhbəri Dominik Merfi, İran İnternational-a qarşı bir çox təhdidlərlə qarşılaşdıqlarını qeyd edərək, hücumun bir çox fərqli səbəbə görə baş verə biləcəyini və hər ehtimalı dəyərləndirdiklərini söylədi.

Uimbldon bölgəsində polis fəaliyyətinin artırılacağını qeyd edən Mörfi şahidlərdən və məlumatı olanlardan polisə müraciət etmələrini istəyib.

Qeyd edək ki, bəyanatda İngiltərədə İranla bağlı hərəkətlər və hücum cəhdləri ilə bağlı təfərrüatlar da paylaşılıb.

Açıqlamada son 2 ildə İngiltərədə yaşayan iranlılara qarşı çoxlu adam oğurluğu və sui-qəsd cəhdlərinin olduğu, fars dilində yayımlanan və ya İranla bağlı yayımlanan media qurumlarına təhlükəsizlik dəstəyinin verildiyi bildirilib.

Ölkənin ən böyük jurnalist təşkilatlarından biri olan Milli Jurnalistlər Birliyinin (NUJ) baş katibi Mişel Stanistreet yazılı açıqlamasında Zeraatinin bıçaqlanmasının şok olduğunu bildirib.

2022-ci ildə İngiltərədə iki iranlı jurnalistə hücum cəhdinin olduğunu xatırladan Stanistreet son hücumun ölkədəki iranlı jurnalistlərə mənfi təsir göstərəcəyini bildirib.

Günel Məlikzadə