SON DƏQİQƏ! Silahlı şəxs 3 nəfəri girov götürdü
    • 30-03-2024, 17:10
    • 356

SON DƏQİQƏ! Silahlı şəxs 3 nəfəri girov götürdü


Niderlandın Gelderland əyalətinin Ede şəhərində naməlum şəxs “Petticoat” əyləncə mərkəzindəki kafedə insanları girov götürüb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, həmin şəxs silah və partlayıcı ilə binaya daxil olaraq insanları partlayış törətməklə hədələyib.

Hadisə yerinə polis qüvvələri, həmçinin Partlayıcı Sursatların Zərərsizləşdirilməsi (EOD) Xidməti cəlb olunub.

Bir neçə saat çəkən danışıqlardan sonra üç girovu azad etmək mümkün olub. Əməliyyat davam edir.