Yeznə ilə qaynın davası ölümlə bitdi
    • 30-03-2024, 23:20
    • 191

Yeznə ilə qaynın davası ölümlə bitdi


Abşeronda yeznə ilə qayın dava edib, tərəflərdən biri 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.

News24.az APA-ya istinadən bildirir ki, hadisə martın 19-u Ceyranbatan qəsəbəsində baş verib. Qohumlar arasında yaranan mübahisə dava ilə sonlanıb.

Nəticədə 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov aldığı xəsarətlərdən vəziyyəti ağırlaşıb. 11 gün müddətində həkimlərim göstərdiyi tibbi yardımlara baxmayaraq C. Şabanov bu gün müalicə aldığı xəstənada ölüb.

Fakt araşdırılır.