Aprelin 1-i ilə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
    • 31-03-2024, 17:33
    • 14 927

Aprelin 1-i ilə bağlı XƏBƏRDARLIQ - RƏSMİ


Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən News24.az-a bildirilib ki, aprelin 1-də gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.