-
- 1-04-2024, 15:18
- 434
Pərviz Bülbülə mollalıq etməsindən DANIŞDI
Meyxanaçı Pərviz Bülbülə ilk qazancını ölənlərin ruhuna dua oxuyaraq qazanmasından danışıb.
News24 Lent.az-a istinadla xəbər verir ki, o qatıldığı teleproqramların birində 16 yaşında mədrəsə bitirdiyini deyib.
“Bülbülə kəndində mədrəsə bitirmişəm. “Quran” müsabiqəsində qalib olmuşdum. 17 yaşım vardı, nənəm söylədi ki, sən “Qurani-Kərimi” öyrənmisən, get dünyasını dəyişən qohum-əqraba üçün “Quran” oxu. Getdim, oturdum və oxudum.
Bundan sonra bir ailənin başçısı mənə yaxınlaşdı ki, bizim dünyadan köçənlərimiz üçün də “Quran” oxuya bilərsən? Razılaşdım. Həmin şəxs cibimə iki ədəd 50 minlik (o vaxtkı pulla) qoydu. O pula evimizə xalça alıb divardan asdım. Hələ də durur”, - Pərviz bildirib.