Kadir İnanır reanimasiyadan çıxarıldı
    • 1-04-2024, 15:20
    • 182

Kadir İnanır reanimasiyadan çıxarıldı

Sənətçi Kadir İnanırın reanimasiyada müalicəsi başa çatıb.

News24.az xəbər verir ki, sənətçinin müalicəsinin nevrologiya şöbəsində davam edəcəyini bildirən həkim Sağlam, "Reabilitasiya prosesi davam edir. O, birinci dərəcəli qohumları ilə daha rahat bir mühitdə görüşə biləcək, lakin imkan daxilində ziyarətçiləri qəbul etməyəcəyik. Reabilitasiya prosesi uzun bir prosesdir. Bəzən bu proses aylalarla çəkə bilər" dedi.

Kadir İnanırın müalicəsinin indiyə qədər müsbət olduğunu əlavə edən Sağlam, "Heç bir neqativ hal yoxdur. Gündən-günə sağalır. Həm əzələ gücü, həm şüuru, həm də ümumi vəziyyəti daha yaxşıdır" bildirib.

Günel Məlikzadə