Bu meyvə yaşlanmanın qarşısını alır
    • 1-04-2024, 15:28
    • 518

Bu meyvə yaşlanmanın qarşısını alır

Necə gənc qalmaq olar? Şübhəsiz ki, hər kəs ən azı bir dəfə də olsa bu sualı verib. Çox şey pəhrizimizdən asılıdır. Bəzi qidalar bədənin yaşlanma prosesini yavaşlatmağa kömək edir. Onların arasında qaragilə xüsusilə seçilir. 

News24.az xəbər verir ki, bunu rusiyalı Kosmetoloq Natalya Nikolaeva deyib.

O, qaragilələrin geroprotektorları olan məhsullar qrupuna aid olduğunu söyləyib.

“Geroprotektorlar yaşlanma prosesini yavaşlatan maddələrdir. Qaragilə polifenollarla zəngindir. Bu xüsusi birləşmələr aydın yaşlanma əleyhinə təsirə malikdir”,- deyə kosmetoloq bildirib.

Natalya Nikolaeva qaragiləni bir nömrəli yaşlanma əleyhinə məhsul adlandırıb.

“Digər tünd dərili giləmeyvə də dərinizi hamar və yumşaq saxlamağa kömək edəcək. Onları bir qarışdırıcıda qarışdırıb qalın, aromatik bir içki hazırlaya bilərsiniz”,- deyə o əlavə edib.

Mehriban Mirzəzadə