Kafedə partlayış baş verdi - VİDEO
    • 1-04-2024, 16:22
    • 122

Kafedə partlayış baş verdi - VİDEO

Rusiyanın Voronej şəhərinin Lenin küçəsində yerləşən “Çayxana” kafesində partlayış baş verib.

News24.az  xəbər verir ki, bu barədə “Tipik Voronej” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, binanın şüşələri sındırılıb. Polis müəssisəni mühasirəyə alıb. Hadisə yerində təhlükəsizlik qüvvələri işləyir. Hadisə nəticəsində bir nəfər yaralanıb və yerli mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Partlayışın başvermə səbəbləri araşdırılır.

Mehriban Mirzəzadə