9 qat dünya çempionu vəfat etdi - FOTO
    • 1-04-2024, 18:00
    • 264

9 qat dünya çempionu vəfat etdi - FOTO

Muay-tay və kikboksinq üzrə 9 qat dünya çempionu Rob Kaman 64 yaşında dünyasını dəyişib.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamda anadan olan idmançı kikboksinqdə 97 qələbə (77 nokaut) qazanıb və 12 məğlubiyyət alıb.

O, daha əvvəl “Ajaks” Futbol Akademiyasında da oynayıb.

Kaman həmçinin, Jan-Klod Van Damm və Mikki Rurk ilə filmlərdə də rol alıb.