Sürət qatarı avtobusla toqquşdu: ölənlər var - VİDEO
    • 1-04-2024, 18:06
    • 123

Sürət qatarı avtobusla toqquşdu: ölənlər var - VİDEO

Rusiyanın Yaroslavl vilayətinin Berendeyevo şəhərində sürət qatarı avtobusla toqquşub.

News24.az xəbər verir ki, bu barədə mk.ru məlumat yayıb.

Məlumata görə, hazırda hadisə yerində təcili tibbi yardım əməkdaşları işləyir. 

Qəza nəticəsində 8 nəfərin öldüyü bildirilir. Yaralılar var.

Hadisənin başvermə səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə