-
- 1-04-2024, 21:20
- 259
Paşinyanın istefa xəbəri "1 aprel zarafatı" çıxdı
Ermənistan Baş naziri Nikol Paşinyanın istefa verəcəyi ilə bağlı iddia təkzib edilib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə ölkənin hakim “Vətəndaş Müqaviləsi” Partiyasından bildirilib.
Yerli mətbuatda Paşinyanın partiyanın təcili toplantısını çağırması, istefa qərar verdiyini və sentyabrın 10-da erkən parlament seçkilərinin keçiriləcəyini açıqladığı barədə iddia yayılıb.
Yayılan məlumatla bağlı 1or.am hakim partiyadan açıqlama almağa çalışıb. Partiyadan portala deyilib ki, bu iddia sadəcə uğursuz 1 aprel zarafatıdır, bu barədə şərh vermək fikrində deyillər.