Simonyana cinayət işi açıldı
    • 1-04-2024, 19:13
    • 130

Simonyana cinayət işi açıldı

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı teleaparıcı Marqarita Simonyanı bu ölkənin ərazi bütövlüyünə qəsddə ittiham edib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti bildirilib.

Məlumata görə, Simonyan barəsində cinayət işi açılıb. O, Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən, Ukraynanın ərazi bütövlüyünə qəsd, hərbi hərəkətlərin təbliğində ittiham olunur.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti M.Simonyanı soyqırımına çağırışlarda da şübhəli elan edib. Təşkilat M.Simonyanı ukraynalı uşaqların kütləvi qətlinə çağırışda, Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün təşviqat aparmaqda günahlandırıb.

Mehriban Mirzəzadə