Qordon Simonyanı ələ saldı: Hər şey plan üzrə gedir?
    • 8-11-2023, 16:04
    • 100

Qordon Simonyanı ələ saldı: Hər şey plan üzrə gedir?

Ukraynalı jurnalist və aparıcı Dmitri Qordon rusiyalı teleaparıcı və RT kanalının baş redaktoru Marqarita Simonyanı ələ salıb. 

News24.az Axar.az-a istinadla xəbər verir ki, Qordon İnstaqram səhifəsində Simonyanın şərq motivləri əsasında rəqs etdiyi videonu yayıb.

Görüntülərin qeydə alındığı restorana Simonyanın qaçışdan gəldiyi bildirilib. O, idman ayaqqabısı və plaş geyinib. Başında idman papağı var.

"Bütün rus vanyaları Ukraynanın tarlalarında, meşələrində öldükləri vaxt onları ora göndərən Simonyan şən rəqs edir. Hər şey plan üzrə gedir?" - Qordon qeyd edib.