Juninyo və Zubirdən sonra, o da gedir
    • 2-04-2024, 10:33
    • 301

Juninyo və Zubirdən sonra, o da gedir

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia Fransaya geri dönə bilər.

News24.az bildirir ki, Offsideplus.az yerli mətbuata istinadən xəbər verir ki, Liqa 1 klubları onunla yaxından maraqlanır.

Son zamanlar uğurlu çıxışı ilə yadda qalan "7 nömrə" Fransa klublarının marağına səbəb olub. Bəzi komandalar yayda onun transferi üçün “Qarabağ”la əlaqə saxlamağı planlaşdırır.

Qeyd edək ki, Lion “Olimpik”inin yetirməsi olan Yassin Benzia Fransada “Lill” və “Dijon”da da çıxış edib. 29 yaşlı futbolçunun “köhlən atlar”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.