Tanınmış jurnalist vəfat etdi - FOTO
    • 2-04-2024, 12:44
    • 213

Tanınmış jurnalist vəfat etdi - FOTO

Türkiyəli məşhur mətbuat işçisi Faruk Türkoğlu dünyasını dəyişib.

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, iqtisadi jurnalistikanın ustadlarından olan Faruk Türkoğlu bir müddətdir mübarizə apardığı xəstəlik səbəbindən aparıldığı xəstəxanada həyatını itirib.

Jurnalistin dəfn mərasimi bu gün Büyükçekmece Yeni Qəbiristanlığında baş tutacaq.

Qeyd edək ki, Faruk Türkoğlu 1942-ci ildə Isparta Yalvaçda anadan olub.